Uber 1.46 milyard dollar zərər edib

0
671

2017-ci ilin 3-cü rübündə “Uber Technologies Inc.” əvvəlki rübün göstəricilərinin üçdə biri həcmdə itkiyə məruz qalıb.

İKT.lent.az-ın xəbərinə görə, xalis zərər 1,06 milyard dollardan 1,46 milyard dollara yüksəlib, gəlirlər isə 2,01 milyarda qədər azalıb. Şirkətə sifarişlərin ümumi həcmi (yemək çatdırılması da daxil olmaqla), iyul-sentyabr aylarında 9,71 milyard dollar təşkil edib, 2-ci rübdə isə bu göstərici 8,74 milyard idi.

Yaponiyanın “SoftBank Group Corp.” telekommunikasiya qrupu noyabrın 28-də “Uber”in səhmdarlarına şirkət səhmlərinin 32% diskontla satın alınması barədə planını təqdim edib. “SoftBank” səhmləri 32,96 dollara almaq niyyətindədir, halbuki iyun ayında qiymət 48,77 dollar olub.

Xatırladaq ki, “Uber” 77 ölkənin 600-dən çox şəhərində xidmət göstərir.