2019-cu ilin dördüncü rübündə “Twitter”in gəliri ilk dəfə olaraq 1 mlrd. dolları ötərək 1,01 mlrd. dollar olub. Bu barədə TechCrunch yazır.
Amma 2018-ci ilin dördüncü rübündə xalis mənfəət 255 mln. dollardan 2019-cu ilin analoji dövrü ərzində 119 mln. dollara düşüb. Hər səhm üzrə gəlir 0,33 dollardan 0,15 dollara enib. Analitiklər hər səhmə görə 0,29 dollar olmaqla 997 mln. dollar həcmində gəlir gözləyirdilər.
Sosial şəbəkənin maliyyələşən auditoriyası 21% artıb və günlük 152 mln. aktiv istifadəçi sayına gəlib çatıb. Bu artımı şirkət alqoritmin yenilənməsi ilə izah edib: artıq istifadəçilər lentdə daha uyğun məzmun görə bilirlər.
Hesabat dərc olunduqdan sonra şirkətin səhmləri 16,33% artıb və 38,82 dollar olub. 2020-ci ilin 6 fevralında “Twitter”in bazar kapitallaşması 5 mlrd. dollar artaraq 30 mlrd. dollara çatıb.