Əsas səhifə Xəbərlər Ümumi iqtisadi xəbərlər Türk İnvesitisiya Fondu yaradılır

Türk İnvesitisiya Fondu yaradılır

32
Paylaş

Bakıda Türk Şurasına üzv dövlətlərin xarici işlər nazirlərinin növbədənkənar iclasında təşkilata üzv olmayan və beynəlxalq təşkilatlarla münasibətlərin inkişafı ilə bağlı məsələlər müzakirə edilib.

Bunu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Baş katibi Bağdad Amreyev deyib.

O bildirib ki, gündəlikdə olan digər məsələ təşkilat tərəfindən türk dünyasının gücləndirilməsinə təkan verməkdir:

“Həmçinin iclasda təşkilatın beynəlxalq arenada tanıdılması məsələsi də müzakirə edilib. Bununla əlaqədar müzakirələr aparılıb və müvafiq qərarlar qəbul edilib”.

O qeyd edib ki, iclasda iqtisadi məsələlər barədə də söhbətlər aparılıb:

“Biz Türk İnvesitisiya Fondunun yaradılmasının üzərində işləyirik”.