Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri “Alibaba” koronavirusa qarşı onlayn platforma yaradıb

“Alibaba” koronavirusa qarşı onlayn platforma yaradıb

36
Paylaş

Çinin elektron ticarət şirkəti “Alibaba”  “Qlobal birbaşa Təchizat Platforması” qurub. Məqsəd, koronavirusun təsiri altında olan bölgələrin sağlamlıq və tibbi məhsullarına olan tələbatını ödəməkdir.

Platformanın qurulmasına 143 milyon dollar vəsait ayrılıb.

Məlumata görə, elektron platforma vasitəsilə tibb məhsulları istehsal edən tədarükçülər  və tibb işçiləri arasında birbaşa əlaqə yaratmaq daha da asanlaşacaq.

Qeyd edək ki, xəstəxanalar və yerli hakimiyyət orqanları ehtiyac yaranan tibb məhsullarının xüsusiyyətləri, modeli və miqdarını bu platformaya daxil edəcəklər. Tədarükçülər isə təklif etmək istədikləri məhsullar barədə məlumat paylaşacaqlar.