“Twitter” artıq altı aydır hesabları qeyri-aktiv olan istifadəçilərə profillərinin silinəcəyi barədə xəbərdarlıq məktubu göndərib. Bu barədə The Verge xəbər verir.
Məkutbda deyilir: “11 dekabra kimi hesabınıza daxil olun, əks halda o silinəcək, istifadəçi adı isə qalacaq”.
Şirkət buna aydınlıq gətirərək deyib ki, belə bir siyasət istifadəçilərin sosial şəbəkədə aktivliyini təmin edə bilər.
“Twitter”-dən bildirilib ki, hesabın silinməsi bir neçə ay çəkəcək. Lakin “nickname”lərin istifadəçilər üçün yenidən nə zaman açıq olacağını şirkət qeyd etməyib.
Hesabını qoruyub saxlamaq üçün istifadəçi məktubdakı linklə öz profilinə daxil olmalı və nəsə paylaşmalıdır.