Əsas səhifə Xəbərlər Digər xəbərlər “Samsung”un dünya smartfonlar bazarı üçün yeni “bomba”sı

“Samsung”un dünya smartfonlar bazarı üçün yeni “bomba”sı

95
Paylaş

Cənubi Koreyanın “Samsung” şirkəti dünyanın mobil cihazlar bazarında sensasiya yaratmağı hədəfə alıb.

İnsayderlərin məlumatına görə bu dəfə onun əsas “silahı” Galaxy S11+ smartfomu olacaq.

O həm texniki həm də dizayn baxımından özündən qabaqki Samsung Galaxy S11-dən tam fərqlənəcək. Cihaz Galaxy S seriyasının tarixi ərxində ən böyük ekrana sahib olan olacaq – 120 Hz təsvir.

Bundan başqa, bu model Space Zoom adlı 100 qat hibrid zoom özəllikli 108 MP-lik əsas kamera, teleobyektiv və 10 qat optik zoom özəlliyinə sahib 48 MP-lik ikinci kamera ilə təchiz olunacaq.

Təqdimatı 2020-ci ildə Mobile World Congress sərgisi çərçivəsində olacaq.

Qiyməti hələ ki məlum olmasa da, onun Galaxy S11-də qat-qat baha olacağı bəllidir.