Əsas səhifə Xəbərlər Digər xəbərlər “Twitter” $600 mln. cəlb etmək üçün ilk dəfə olaraq istiqrazlar satacaq

“Twitter” $600 mln. cəlb etmək üçün ilk dəfə olaraq istiqrazlar satacaq

76
Paylaş

“Twitter” ilk dəfə olaraq təminatsız istiqrazların satışı ilə bağlı səhmdarlarla danışıqlar aparıb. JP Morgan-ın başçılığı ilə investbankların qabaqcadan olan proqnozlarına görə səkkiz illik istiqrazlar ilkin 4,5% gəlir əldə edə bilərlər.

İstiqraz satışının köməyi ilə Twitter 600 mln. dollar cəlb etmək istəyir. Şirkət istiqrazları 2019-cu ilin üçüncü rübü ərzində müşahidə olunan zəif maliyyə hesabatı fonunda satacaq: şirkətin gəliri ildən ilə 9%  artıb və 824 mln. dollar olub.

“Twitter”in pres-relizində deyilir ki, cəlb edilən pulları şirkət  korporativ məqsədlərə, həmçinin, investisiya, borcların qaytarılması və potensial əməliyyatlara xərcləməyi düşünür.