Türkiyə hökuməti ölkədən baş soğan və kartof ixracına məhdudiyyət tətbiq edib.
Bizplus.az xəbər verİr ki, bundan sonra Türkiyədə baş soğan və kartof əvvəlcədən icazə ilə ixrac ediləcək.
Bununla bağlı Ticarət Nazirliyinin İxracı Qadağan və İcazəli Mallar üzrə təbliği sənədində dəyişiklik edilib.
Yeniliyə əsasən, əvvəlcədən icazə alınacaq ixrac məhsulları siyahısına baş soğan və kartof ixracı əlavə edilib.