Hansı smartfon internetə ən tez daxil olur?

Date:

Paylaş:

Smartfonların işləmə sürətini qiymətləndirən populyar “AnTuTu” saytı mobil rabitə şəbəkəsi daxilində və “Wi-Fi” vasitəsilə ən yüksək məlumat ötürmə sürətinə malik modellərin siyahısını tərtib edib.

Qeyd edək ki, şəbəkənin sürətinin ölçülməsi funksiyası saytın yeni “V8” versiyasına əlavə olunub. Bu rejimdə məlumatların ən yüksək yükləmə və boşaltma sürəti, orta bağlantı sürəti, eləcə də paketlərin itirilməsi və yubanması kimi parametrlər nəzərə alınır.

Mobil şəbəkəyə qoşulan modellər arasında ən yaxşı nəticəni “5G” modulu ilə təchiz edilən qabaqcıl “Huawei Mate 30 Pro” smartfonu nümayiş etdirib. Onun orta yükləmə/boşaltma sürəti müvafiq olaraq 125,52 və 27,35 Mbit/saniyə təşkil edib. Bu, siyahıda məlumat yükləmə sürəti 100 Mbit/saniyəni üstələyən yeganə model olub.

İkinci pillədə böyük fərqlə “Mate 30 5G” versiyası qərarlaşıb (87,82/23,31 Mbit/saniyə). Üçüncü mövqedə Çin istehsalçısının daha bir modeli – “Huawei Mate 9 Pro 5G” (69,83/24,10 Mbit/saniyə) yer alıb. Bundan başqa, “Xiaomi Mi 9 Pro 5G”, “Vivo NEX 3 5G”, “Vivo iQOO Pro 5G” və “5G” dəstəkli digər brendlər də yaxşı nəticələr nümayiş etdirib. Qoşulma dəstəyi “4G” şəbəkəsi ilə məhdudlaşan modellər isə bir sıra hallarda maksimal yükləmə sürətinə görə 5 dəfə geri qalıblar.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...