Əsas səhifə Xəbərlər Yerli biznes xəbərləri Türkiyənin “Koton” mağazalar şəbəkəsinin Azərbaycandakı törəməsi ləğv olunur

Türkiyənin “Koton” mağazalar şəbəkəsinin Azərbaycandakı törəməsi ləğv olunur

85
Paylaş

Türkiyənin “Koton Mağazacılık Tekstil Sanayi Ve Ticaret” A.Ş.-nin Azərbaycandakı törəmə şirkəti olan “Koton Mağazacılık” MMC (Koton Azərbaycan) ləğv olununur.

Bu barədə Bizplus.az-a rəsmi qurumdan alınan informasiyada deyilir.

Şirkətin Azərbaycandakı törəməsi 2013-cü ildən dövlət qeydiyyatına alınmışdı və nizamnamə kapitalı 7 850 manat idi. Şirkəti Azərbaycanda qanuni olaraq Şeyh Şamil Çağlar adlı Türkiyə vətəndaşı təmsil edirdi.

Qeyd edək, “Koton”un Bakı şəhərində bir neçə Mall-da mağazaları fəaliyyət göstərir. Türkiyənin 30 yaşlı bu şirkəti dünyanın 28 ölkəsinə dəbli geyim və aksesuarlar təqdim edir.