Biznes beşbucağı

Date:

Paylaş:

İstənilən biznes 5 mühüm faktorun məcmusudur. İnsan əlində və ya ayağında olan 5 barmağın funksiyaları fərqli olsa da, onlar vahid məqsədə xidmət edir. Bu bilincli uca varlığın və ya təkamülün nəticəsi kimi də qəbul oluna bilər. Bu Sizin vicdan azadlığınıza bağlıdır. İstənilən halda bu barmaqlardan biri olmadıqda məqsədə çatmaq çətinləşir və ya ümumiyyətlə mümkünsüzləşir. Eyni mövzunu biznes üzərindən də paralel apararaq irəli sürə bilərik.

Bütün bizneslərin mərkəzi elementi və hətta mərkəzi problemi (gəlin buna mərkəzi element deyək) dəyərin yaradılmasıdır. Biznesiniz hansı dəyərləri yaradır? Siz nə satırsınız – drel, yoxsa deşik? Dondurma, yoxsa şəhvət tuluğu? Saqqız, yoxsa status? Şokolad yoxsa…  Birmənalı olaraq, bütün məhsullar eynidir və ya daha da eyniləşmək üzrədir. Amma əsas məsələ odur ki, istehlakçıya nəyin lazım olduğunu müəyyənləşdirdikdən sonra dəyər yarada bilərsiniz. 

Növbəti faktor marketinqdir. Yaradılmış dəyərin yol xəritəsini cızmaq bu faktora bağlıdır. Yaratdığınız dəyərdən kimlər və necə xəbərdar olacaqlar? Bir az mübahisə edə bilərik. Bəli, marketinq dəyərin yaradılmasında da iştirak edir. Bu müxtəlif forma və formatda təzahürünü tapa bilər. Hətta marketinq Sizə hansı dəyərin yaradılmalı olmasını da deyə bilər. Əlbəttə, əgər dinləsəniz. Yəni, ümumiyyətlə mən Sizinlə razıyam. İstənilən halda, bu əvvəlki və sadalayacağım bütün faktorlar bir-biri ilə iç-içə, çiyin-çiyinə, qol-qola və s. şəkildə müştərək işləməlidir.

Sonrakı faktor dəyərə yaradılan tələbin real müştəriyə çevrilməsidir. Buna satış deyirik. Bəsit götürsək, marketinq dəyərə olan tələbi formalaşdırırsa, satış bu dəyəri müştəriyə çatdırır. Başqa sözlə, dəyərin əl dəyişdirmə prosesi bu faktorun gücünə və motivasiyasına bağlıdır. Satış kanallarınız düzgün formalaşıb? Satış alqoritmi necə qurulub? Kanala məsul şəxslər satdıqları dəyərin mahiyyətini anlayırlarmı? Satmaqda maraqlıdırlarmı?

Bu faktor daha çox müştəri xidməti və ya ümumiyyətlə müştərilərlə bağlanan əqdlərlə əlaqəlidir. Başqa sözlə desək, müştərinin gözlədiyi deşiyi, şəhvət tuluğunu, statusu və s. ona veribsinizmi? Bundan əminsinizmi? Siz verdiyiniz əqdi yerinə yetirirsinizmi?

Nəhayət maliyyə. Fəaliyyətiniz mənfəət götürərək təkrar olunan prosesdir, yoxsa bunu maliyyə göstəriciləriniz müəyyən edəcək. Əldə olunan gəliri hansı istiqamətə sərf edirsiniz? Yaxın və uzun müddətdə hansı seqment, hansı qrup və dəyər növü Sizə daha çox mənfəət gətirəcək? Dəyərin daimi və ya uzun ömürlü olması üçün hansı maliyyə vəsaitlərinizi necə yönləndirirsiniz? Lazım olana, yoxsa bəyəndiyinizə investisiya edirsiniz?

Sonuncu sual: Siz bu yazıda məhsul və ya xidmət sözünə neçə dəfə rast gəldiniz?

Müəllif: Səfər Aslanov

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...