Türk iş adamının «Sədərək»dəki obyekti özündən xəbərsiz satılıb

Date:

Paylaş:

«Sədərək» firması Lokbatan qəsəbəsində yerləşən Azərbaycanın ən iri ticarət mərkəzində türkiyəli investora məxsus obyektləri satıb. İndi investor məhkəmədə əmlakından əlavə ona vurulan maddi və mənəvi ziyanın da ödənilməsini tələb edir.

Salih Uzun Hasanın “Sədərək” firmasına qarşı iqtisadi iddiasına 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır. İnvestor idda edir ki, ona topdan satış üçün nəzərdə tutulan hər biri 36 kvadrat metr olan iki anbar məxsusdur.

Lakin firma rəhbərliyi bu obyektləri başqa şəxslərə satıb. İndi S.U.Hasan məhkəmədən bu obyektlərin digər şəxslərin özgəninkiləşdirilməsi müqavilələrinin ləğv edilməsini və bir il müddətində itirdiyi mənfəətə görə 96 min manat və mənəvi zərərə görə 50 min manat ödənilməsini tələb edir.

Bundan əlavə, investor firma üzərinə iddiaçıya qarşı qanunsuz hərəkətlərdən çəkinmək vəzifəsinin qoyulmasına dair qətnamə çıxarılmasına nail olmaq istəyir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...