Xiaomi oyun smartfonunun ilk versiyasını buraxıb

Date:

Paylaş:

Xiaomi şirkəti flaqman oyun smartfonunun yeni “Black Shark 2 Pro” versiyasını təqdim edib. Bu barədə şirkətin Black Shark oyun bölməsi xəbər verib.

Smartfonun 12 Gb əməli, 512 Gb isə daxili yaddaşı var və qiyməti təxminən 564 dollardır. Elə həmin həcmdə əməli yaddaşı və 128 Gb fləş-yaddaşı olan versiya 423 dollara başa gəlir, 256 Gb daimi yaddaşı olanın isə qiyməti 494 dollardır.

Smartfon yeni birkristallı Snapdragon 855 Plus sistemi bazasında hazırlanıb. Onun yenilənmiş maye soyutma sistemi var.

Smartfon 6,39 dyümlük diaqonal AMOLED ekrana sahibdir. O da 34,7 ms cavab sürəti olan 2340 x 1080 piksel həcmindədir. Əsas kamerada 48 meqapiksellik Sony IMX586 təsvir sensoru və əlavə 13 meqapiksellik sensor var. Ön kamera 20 meqapikseldir. Batareyasının gücü 4000 mAh-dır və 27 vatt enerji dəstəyinə malikdir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...