Əsas səhifə Biznes sahələri Avtomobil Toyota avtomobilləri oğruların gözlərini yaşardacaq

Toyota avtomobilləri oğruların gözlərini yaşardacaq

62

Toyota şirkəti avtomobillərin salonunun mütərəqqi təravətləndirilməsi sistemini patentləşdirib. Bu sistem sürücünü “tanıyaraq” müvafiq ətiri salona çiləyəcəkdir. Bundan başqa, sistem oğurlanmaya qarşı aktiv müdafiə sisteminin tərkib hissəsi ola bilər.

Amerika Birləşmiş Ştatlarının patent bürosunda qeydə alınmış sənədə əsasən, sistem sürücünü mobil telefon vasitəsi ilə tanıyacaqdır. Bundan sonra o sürücünün seçdiyi ətiri salona çiləyəcəkdir. Ehtimallara görə, sistem bir neçə ətir təklif edəcəkdir. Hazırda buna bənzər dispenseri olan avtomobillərdə bir növ ətir təklif edilir. Çiləyicini məsafədən də aktivləşdirmək mümkün olacaqdır.

Sistemin maraqlı cəhətləri arasında qoxuları yığışdıran dezodorator da vardır ki, mühərrikin söndürülməsi və qapıların kilidlənməsindən sonra salondakı ətri ləğv edib, onu neytral vəziyyətə gətirir. Bu funksiya, avtomobildən bir neçə şəxsin istifadə etməsi halında gərək olacaqdır. Bundan başqa, sistem “mühərrikin icazə verilməmiş işə salınması” halında ətir əvəzinə gözyaşardıcı qaz da səpə bilər./autograph.az

Rəy bildir

Please enter your comment!
Please enter your name here