“Toshiba”ya 18 milyard dollarlıq təklif!

Date:

Paylaş:

ABŞ-da “Apple İnc.” korporasiyasının da daxil olduğu “Bain Capital” investisiya konsorsiumu Yaponiyanın “Toshiba” şirkətinə onun çip istehsalı üzrə bölməsi olan “Toshiba Memory”nin satın alınması üçün 18 milyard dollar təklif edib.

Lent.az-ın “Bloomberg”ə istinadən verdiyi xəbərə görə, “KKR & Co.” və “Western Digital Corp.” bu sahədə “Bain Capital”ın rəqibləridir.

Danışıqlar xeyli vaxtdır davam edir və tərəflər yapon şirkətinin nəzarətində qalacaq pay məsələsində razılığa gələ bilmir.

”Toshiba Memory” departamenti “Apple”ın “iPhone” və “iPod” kimi məhsullarında istifadə olunan çiplər hazırlayır. Bu şirkəti satın almaqla “Apple” öz əsas təchizat mənbəyini əlində saxlamaq istəyir. Bu, həm də ona görə vacibdir ki, çip istehsalı “Apple”ın əsas rəqibi “Samsung”un nəzarətində qalmasın.

“Toshiba” isə sahibi olduğu və ABŞ-ın nüvə enerjisi sektorunda fəaliyyət göstərən “Westinghouse” şirkətinin iflası nəticəsində yaranan milyardlarla dollar zərəri qapatmaq niyyətindədir. “Westinghouse” bu ilin martında iflas üçün məhkəməyə müraciət edib. 2016-cı ilin sonuna olan məlumata əsasən şirkətin 9,8 milyard dollar həcmində öhdəlikləri var. Tokio Fond Birjası borcların 2018-ci ilin martına qədər ödənməyəcəyi təqdirdə, şirkəti birjadan çıxaracağını açıqlayıb.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...