Türkiyədən 5 milyon dollarlıq dondurma almışıq

Date:

Paylaş:

Türkiyə son 5,5 ildə 68 ölkəyə və 4 azad ticarət zonasına ixrac etdiyi dondurmadan 204 mln. ABŞ dolları həcmində gəlir əldə edib. “Report”un Türkiyə Statistika İdarəsi (TÜİK) istinadən verdiyi məlumata görə, qeyd edilən dövr ərzində İraq, Kosovo, Albaniya, Şimali Kipr, BƏƏ və Azərbaycana ümumilikdə 88,4 min tona yaxın dondurma ixrac edilib.

Dünyanın ən çox dondurma ixracatçıları sırasında 15-ci sırada yer alan Türkiyə 2012-ci ilin yanvarından 2017-ci ilin iyununa kimi 88 366 ton dondurma ixrac edib: “Əgər bir qaşığın (scoop) 50 qram olduğunu nəzərə alsaq, görərik ki, Türkiyə təxminən 1,7 mlrd. “scoop” dondurma ixrac edib”.

Türkiyənin Azərbaycana ixrac etdiyi dondurmanın dəyəri isə 5 mln. dollar civarında olub.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...