Əsas səhifə Biznes Toğrul Səmədin Buglance startupı növbəti investisiyasını aldı

Toğrul Səmədin Buglance startupı növbəti investisiyasını aldı

1808
toğrul səməd

Gənc iş adamı Toğrul Səmədovun buglance startupı investisiya alıb. İnvestisiyanın məbləği açıqlanmasa da bu barədə Toğrul Səməd öz facebook hesabında paylaşım edib:

“Buglance komandası növbəti investisiyasını aldı. Təbriklər Chingiz Kamran Mammadov Talat Qurbanbayov Orkhan Maharramli. Bu uğur hekayəsi deyil. Bu sadəcə uğura çatmağımıza növbəti addımdır. İnestisiya almaq bu işin ən asan tərəfidi. Onu düzgün xərcləyib nəticə göstərmək lazımdır.
P.S. Komandamı sevirəm)”

Buglance nədir?

Buglance startapı oyun sektorundan yaxından tanıdığımız Toğrul Səmədov tərəfindən Dubayda yaradılıb və bundan öncə investisiya əldə etmişdi.

Xatırladaq ki, Buglance bir crowdtesting platformasıdır və burada minlərlə test cihazı yer alıb. Platforma da bu cihazları əldə etməyə imkan verir.