Time jurnalı 2.8 milyard dollara satıldı

0
914

Tərkibində “Time” jurnalı daxil bir çox nəşr olan ABŞ-ın aparıcı media şirkəti “Time”, 2,8 milyard dollara, rəqibi “Meredith Group”a satılıb.

“Marja” xəbər verir ki, “Meredith Group”un bu media şirkətini satın alması üçün mühafizəkar Koch qardaşları 650 milyon dollarlıq yardım edib.

ABŞ siyasəti üzərində ciddi nüfuzu olan milyarder Koch qardaşlarının bu satınalmada rol alması ABŞ mediasında rezonans doğurub. Bəzi dairələr yaxın gələcəkdə “Time” şirkətinin tamamilə bu qardaşların nəzarətinə keçəcəyini iddia edirlər.

Koch-lar yaydıqları açıqlamada, “Meredith”in idarə heyətində yer almayacaqlarını və “Meredith” fəaliyyətinə müdaxilə etməyəcəklərini bildirib.