Texnologiya şirkətləri banklarla rəqabətə hazılaşır

Date:

Paylaş:

Google“, “Amazon“, “Facebook” və “Apple” kimi texnologiya şirkətlərinin göstərməyə başladığı bank xidmətlərinin istehlakçıların marağını cəlb etdiyi və bu şirkətlərin inkişaf etdirəcəyi yeni bank xidmətlərinin ənənəvi banklar üçün “gəlirlərini və müştərilərini itirmək riski” yaratdığı qeyd olunub.

Bain & Company” məsləhət şirkəti tərəfindən 29 ölkədə 152 min bank müştərisi ilə keçirilmiş sorğuda iştirak edənlərin 54%-i texnologiya şirkətlərinin təqdim etdikləri maliyyə məhsullarına açıq olduqlarını bildiriblər.

Sorğuya görə, son zamanlar, texnologiya şirkətlərinin maliyyə məhsullarına marağı xüsusilə ödəmə əməliyyatlarında aydın görünür. “Apple Pay” 35 ölkədə, “Google Pay” isə hələlik 29 ölkədə xidmət göstərir.
Bu xidmətlər hələ də kredit kartı şirkətlərinin sistemlərinə bağlı olsa da keçən il qüvvəyə minən Avropa Ödəmə Xidmətləri Direktivi (PSD2) kimi yeni aktlar qeyri-bank şirkətlərin müştərilərin hesablarına çıxmasına da icazə verir.

Elektron ticarət nəhəngi “Amazon” uzun zamandır özünün onlayn ödəmə sisteminə malikdir, hətta bəzi ölkələrdə borc vermək kimi ənənəvi bankçılıq fəaliyyətinə başlayıb.
“Bain & Company”nin apardığı sorğuya görə, texnologiya şirkətlərinin bankçılıq mövzusunda “iştahaları” bankların orta müddətdə gəlirlərini və eyni zamanda müştəriləri ilə mütəmadi təmaslarını itirmək riski ilə qarşı-qarşıya qalmalarına səbəb olur.
“Bain & Company”nin araşdırmasında, “Texnologiya şirkətləri, müştərilərin tələb etdikləri sadə, yüksək keyfiyyətli rəqəmsal həllər təmin etmək məsələsində ənənəvi olaraq uğurlu olmuşlar və indi bu İstehlakçı Etibarının gücü ilə bank sektoruna daxil olurlar”, – deyilir.\marja

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...