Hər beş dəqiqədən bir ağlına yeni ideya gələn rəhbərlə necə işləmək olar?

Date:

Paylaş:

Dəhlizlə gedirsiniz, başınız gicəllənir – sakitləşə bilmirsiniz.

Artıq özünüz üçün prioritetləri müəyyən etmisiniz. Bəs onları rəhbərin çıxartdığı yeni beş ideyalar ilə necə uzlaşdırmaq olar? Öz iş masanıza qorxa-qorxa yaxınlaşırsınız, çünki orada sizi rəhbərinizdən gələn “Bir dənə də ideya..” mövzulu yeni elektron məktub gözləyir.

Xəyal qurmağı çox xoşlayan rəhbərlər, adətən zarafatcıl və innovativ olurlar. Eyni zamanda, onların ideyaları ilə ayaqlaşa bilmədiyiniz zaman onlar məzlum da ola bilərlər.

Əgər sizin də rəhbərinizin fikri yeni ideyalara tez-tez yayınırsa, sizə bir neçə faydalı məsləhət verə bilərəm.

Qarşılıqlı hörmətin möhkəmləndirilməsi

Əgər rəhbərinizin yeni ideyalarına artıq dözə bilmirsinizsə, deməli təfəkkürünüz fəaliyyət üzərində fokuslanıb. Əgər ehtiyatlı olmasanız, özünüzə qarışı tənqidedici münasibət formalaşdıra bilərsiniz, məsələn: “mən şirkətimiz üçün nə isə edən yeganə insanam”. Bu halda rəhbərinizin istəklərinə qarışı hörməti itirmək şansınız var.

Bu tələdən qaçmağa çalışın və diqqətinizi qarşılıqlı hörmət üzərində cəmləşdirin. Bəlkə də həqiqətən digər işçilərlə müqayisədə daha yaxşı işləyirsiniz, bu, sizin gücünüzdür. Rəhbərinizin gücü isə, bəlkə də, onun düzgün hərəkət strategiyasını seçmək qabiliyyətindədir.

Heç də bütün ideyalar fəaliyyət tələb etmirlər

Əgər təşəkkürünüz fəaliyyət üzərində fokuslanıbsa, düşünə bilərsiniz ki, rəhbərinizin sizə söylədiyi hər yeni ideya mütləq qaydada realizə edilməlidir. Bu, belə deyil. Yaradıcı düşünmə qabiliyyəti olan insanların ağlına səhər yeməyi zamanı belə 100-dən çox ideya gələ bilər. Onların hamısı ilə ayaqlaşmaq mümkün deyildir.

Yaxşı olar ki, rəhbərinizin hazırkı layihəyə aidiyyəti olmayan ideyalarını ayrıca bir qovluqda qeyd edəsiniz. Düşünməyin ki, onların hamısını dərhal yerinə yetirməlisiniz. Bəlkə rəhbəriniz öz ideyaları ilə sizinlə sadəcə bölüşmək istəyir?

Vaxtı göstərin

Yaradıcı düşünmə qabiliyyəti olan insanlar, adətən vaxtı düzgün qiymətləndirə bilmirlər. Əgər rəhbərinizin təklif etdiyi yeni ideyanın realizəsi üçün vaxt yoxdursa, bunu başa salın.

İlk olaraq rəhbəriniz şok ola bilər, lakin sonra, çox güman ki, deyəcək: “Hə, bu o qədərdə vacib deyil”. Bu halda məsuliyyəti öz üzərinizdən götürmüş olursunuz.

Plana qayıdırıq

Əgər rəhbərinizin fikri yeni ideyalara tez-tez yayınırsa, çox güman ki, o, prioritetləri düzgün müəyyən edə bilmir. Bu halda rəhbərinizin diqqətini komandanın aylıq və ya rüblük plana yönəltdirin.

Bu kimi sualları verin:

  • Yeni ideya hazırkı məqsədlərimizlə necə uzlaşır?
  • Əgər bu ideyanın realizəsinə başlasaq, digər ideyalardan hansından imtina etməli olacağıq?
  • Bu ideya indi realizə edilməlidir, yoxsa onu gələn ilə də saxlaya bilərik?

Beləliklə, siz, rəhbərinizə prioritetləri düzgün qiymətləndirməyə kömək etmiş olursunuz.

Çox sayda yaradıcı ideyaya malik olan rəhbərlə iş sizi həm motivasiya edə bilər, həm də bezdirə bilər. Bu dörd məsləhətdən istifadə edərək, rəhbərinizin yaradıcı gücünü daha məqbul şəkildə səfərbər edə bilərsiniz.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...