Texnologiya sahəsində ən nüfuzlu qadınların top 3-lüyü

Date:

Paylaş:

Biz müasir texnologiyadan, icadlardan və cihazlardan danışanda çox zaman uğurlu və tanınmış kişiləri nümunə göstəririk. Lakin qadınlar da bu istiqamətdə az işlər görməyiblər və hətta böyük şirkətlərə rəhbərlik edən  nüfuzlu qadınların olduğunu deyə bilərik.

Aşağıda texnologiya sahəsində uğura imza atmış üç zərif cinsin nümayəndəsindən bəhs olunur:

1 . Susan Wojcicki

Susan Wojcicki polşa əsilli amerikan texniki direktorudur. O, ən məşhur axtarış saytı olan “Google”-un yaranmasında iştirak edib və 2014-cü ildən tanınmış “YouTube” video axını platformasının baş direktorudur.

Bu qadının üç dərəcəli təhsili var: tarix və ədəbiyyat, iqtisadiyyat və biznes-idarəçilik. Susan “Google” yaradıcıları Sergey Brin və Larry Page tanış olanda “Intel” texnologiya gigantında işləyirdi. Öz soyuducusunu təchizatçılara texnoloji sınaq üçün qurban verməklə o, sonralar “YouTube”-un icraçı direktoru oldu.

Susan öz 500 milyon dollar kapitalı ilə , şübhəsiz ki, “Silikon Vadisi Kraliçası” adına layiqdir.

2 . Sheryl Sandberg

No New York or New Jersey newspapers or newspapers within a 75 mile radius of New York City.
Mandatory Credit: Photo by REX/Shutterstock (9870836ae)
Sheryl Sandberg, Chief Operating Officer, Facebook, gives testimony before a United States Senate Select Committee on Intelligence hearing “to examine foreign influence operations’ use of social media platforms” on Capitol Hill in Washington, DC.
Senate Intelligence Committee hearing, Washington DC, USA – 05 Sep 2018

Sheryl Sandberg amerikan texniki direktoru, kitablar müəllifi və aktivistdir. O, 2008-ci ildə “Facebook”-un baş əməliyyat direktoru seçilib və o zamandan bu vəzifəni icra etməkdədir.

O Harvard universitetində iqtisadiyyat və biznes oxuyub , sonra isə Ümumdünya bankı üçün səhiyyə sahəsi üzrə layihələr üzərində işləyib. 1990-cı illərin ortalarında Sheryl ABŞ-ın maliyyə naziri Lawrence Summers-in otağında işləməyə başlayıb. Bundan sonra o, karyerasını texnologiya sahəsində davam etdirdi və “Google” –da işləməyə başladı. 2008-ci ildə o “Facebook” idarə heyəti tərəfindən operativ bölməyə götürülən ilk qadın olub.

Bu “lady”-nin xalis mənfəəti 1 milyard dollar-dan çoxdur. 2012-ci ildə o, dünyanın 100 ən nüfuzlu adamı reytinqinə düşüb.

3 . Ursula Burns

Ursula Burns, Chairman and CEO of Xerox smiles when she attends an interview at The Times Center in New York April 13, 2013. REUTERS/Eduardo Munoz (UNITED STATES – Tags: BUSINESS) – RTXYKSJ

Ursula Burns amerikan iş qadını, “VEON” telekomunikasiya şirkətinin baş direktoru və “Uber” direktorlar şurasının sədridir.

Ursula maşıqayırma sahəsi üzrə təhsil alıb və ABŞ-ın 10 ali təhsil müəssisəsində fəxri dərəcəyə yiyələnib. 2009-cu ildə o “Xerox”-a rəhbərlik edən  ilk afroamerikan qadın olub və Fortune 500 reytinqinə düşüb. Bundan başqa, o, “Uber”, “Teneo” ( beynəlxalq konaltinq firması) və “Diageo” ( spirtli içkilər istehsal edən şirkət) kimi şirkətlərdə lider mövqeyə sahibdir.

2014-cü ildə Ursula Berns Forbesin dünyanın ən nüfuzlu qadınları reytinqində 22-ci yeri tutur. Onun kapitalı 18,7 milyon dollardır.

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...