“Tesla”dan rekord zərər – 710 milyon $

1
866

Elektromobil istehsalçısı “Tesla” 2018-ci ilin ilk rübünün yekunlarına əsasən rekord zərərə məruz qalıb.

İKT.lent.az-ın “The Wall Street Journal” nəşrinə istinadən verdiyi xəbərə görə, şirkət ardıcıl 5 rübdür ki, zərərlə işləyir. Son rübdə şirkətin  itkisi 710 milyon dollar təşkil edib. Lakin analitiklər bundan daha böyük zərər gözləyirdilər.

“Tesla”nın CEO-su Elon Mask bildirib ki, şirkət bundan sonra həftədə 5 min “Model 3” buraxa biləcək. Bu cür istehsal tempi və əməkhaqlarının ixtisarı planı şirkətə imkan verəcək ki, 3-cü və 4-cü rüblərdə gəlir əldə olunmağa başlansın.

Qeyd edək ki, “Tesla” 2017-ci ilin iyulunda “Model 3”ün yığımına başlayıb. Elektromobilin qiyməti 35 min dollardan başlayır. “Model S” 75-100 min dollardır. “Model X”ın qiyməti isə 80 min dollardan başlayır.

1 COMMENT