ABŞ-ın elektromobil istehsalçısı “Tesla” şirkətinin səhmləri “Nasdag” birjasındakı hərrac zamanı 19,89% bahalaşaraq indiyədək ən yüksək məbləğə satılıb. Bu məbləğ 780 ABŞ dollar təşkil edir.
Hərrac barədə məlumatlara istinadən Bizplus.az xəbər verir ki, bu bahalaşma həmçinin 2013-cü ildən etibarən ən böyük günlük artımdır. Belə ki, şirkətin dəyəri 140 milyard ABŞ dollarını üstələyib.
Qeyd edək ki, “Tesla”nın səhmləri “Panasonic”lə akkumulyator istehsal edən birgə müəssisədə ilk rüblük mənfəət barədə məlumatların yayılmasından sonra bahalaşıb. Bundan bir həftə əvvəl isə “Tesla” 2019-cu ilin yekunlarına görə xalis zərərinin 12 faiz azalaraq 862 milyon ABŞ dollara enməsi, gəlirinin isə 14,5 faiz artaraq 24.578 milyon ABŞ dollarınadək yüksəlməsi barədə açıqlama verib.
2003-cü ildə təsis olunmuş “Tesla Motors”un dəyəri ötən ay ilk dəfə 100 milyard ABŞ dolları həddini aşmışdı.