“Poco” brendi yeni ucuz smartfonunu təqdim edib

Date:

Paylaş:

Ötən il “Xiaomi”dən törəmiş “Poco” şirkəti “Poco X2” smartfonunu təqdim edib. Qurğu ucuz qabaqcıl “Pocophone F1” smartfonunun işini davam etdirmək üçün nəzərdə tutulub. Amma cihaz qabaqcıl prosessora malik deyil.

“Poco X2” aparatına quraşdırılmış “Qualcomm Snapdragon 730G” prosessorunun imkanları istənilən tapşırıq üçün kifayətdir. Arxa kamera 4 obyektivə malikdir: 64 meqapiksellik əsas “Sony IMX 686” sensoru, 8 meqapiksellik geniş bucaqlı və 2 ədəd 2 meqapiksellik köməkçi modul: kadrın dərinliyinin müəyyənləşdirilməsi və makro çəkiliş üçün. Selfi kamera ikiqatdır: əsas 20 meqapiksellik sensor 2 meqapiksellik dərinlik sensoruna malikdir.

“Poco X2” aparatının əsas “qabaqcıl” üstünlüyü onun ekranıdır. 6,7 düymlük böyük diaqonal və FullHD təsvir ölçüsü təsvirin 120 hers tezliklə yenilənməsi imkanı ilə uyğunlaşır. Bu, müasir smartfonların əksəriyyəti ilə müqayisədə 2 dəfə çoxdur.

“Poco X2” smartfonu 6/8 GB əməli yaddaş, 64/128 və ya 256 QB-lıq daxili yaddaşla təchiz edilib. Akkumulyatorun tutumu 4500 milliamper/saatdır, həm də 27 vattlıq enerji doldurma qurğusu boş batareyanı 25 dəqiqə ərzində 40% doldura bilər.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...