Avqust ayının ortaları Tesla ABŞ-ın altı ştatında Rent Solar günəş panellərinin kirayəsi xidmətini təqdim edib.
Xidmətin aylıq qiyməti 50 dollardır – bu məbləğə şirkətin əməkdaşları pulsuz panellər və lazım olan avadanlığı quraşdıracaq və onu evin elektroşəbəkəsinə qoşacaqlar.
Şirkətdən əldə edilən məlumatlara görə sistem gündəlik 13 kVt/saat elektrik enerjisi istehsal edir və bu da kommunal xərcləri illik 650 dollar məbləğinə qədər azaltmağa imkan verir.
Müştərilər üç müxtəlif ölçüdə panellər sifariş edə bilərlər ( “orta” və “iri” ölçülü olanların kirayə qiymətini şirkət bildirmir).
Lakin müştəri kirayədən imtina etmək və ya böyük ölçülü panel quraşdırmaq qərarına gələrsə əlavə olaraq 1500 dollar ödəməli olacaq. Bununla belə Tesla qeyd edir ki, sökülmə xidmətindən qazanc əldə etmir.