“Tesla” və “SpaceX”in rəhbəri Elon Musk bildirib ki, adıçəkilən şirkətlər hər ehtimalla, koronavirus xəstələrinin həyatını xilas etmək üçün istifadə olunan süni tənəffüs aparatları hazırlayırlar.
“Twitter”də Musk-dan, pandemiya ilə mübarizədə süni tənəffüs aparatlarının hazırlanmasında və istehsalında onun şirkətlərinin güclərindən, imkanlarından və mühəndislərindən yararlanmağın mümkünlüyü barədə soruşublar. Sahibkar isə cavabında belə bir imkanlarının olduğunu təsdiqləyib və bildirib: “Biz lazım olmasa belə, hər ehtimalla süni tənəffüs aparatları üzərində işləyirik”.
Qeyd edək ki, Musk, istehsalın nə vaxt başlayacağını və hansı zavodda olacağını deməyib.