Əsas səhifə Xəbərlər Ümumi iqtisadi xəbərlər Yerli avtomobil istehsalında artım var

Yerli avtomobil istehsalında artım var

9
Paylaş

Azərbaycanın avtomobil zavodları minik avtomobillərinin istehsalına 2020-ci ildə daha sürətlə başlayıb.

AzStatKom-un yaydığı məlumata görə, ilin ilk ayında ölkədə 192 minik avtomobili istehsal edildiyi halda, ikinci ayda, fevralda daha 288 ədəd istehsalı gerçəkləşib. Bu isə 2020-ci ilin həmin iki ayları ərzində ümumilikdə 480 avtomobil istehsalı deməkdir.

İlk iki ayda gerçəkləşən minik avtomobilləri istehsalı, ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 dəfə daha çox istehsal edilməsi deməkdir. Lakin, istehsal edildikdən sonra, yalnız 38 avtomobilin satışı mümkün olub.

Yaxın keçmişdə Neftçala Avtomobil Zavodunda istehsalçı müəssisə olan “Azərmaş” ASC-nin sədri Emin F. Axundov bildirmişdi ki, yeni biznes siniflinə aid olan “Khazar” avtomobillərin istehsalı da mümkün olacaq.

Hazırda ölkənin anbarında minik avtomobillərinin sayı 172 ədəddir.