Telman İsmayılovun eks-oteli möhtəşəm festivalla açıq elan ediləcək

Date:

Paylaş:

Coral Travel turoperatorunun mətbuat xidmətindən açıqlama veriblər ki, şirkət  aprel ayının sonlarında, Antalyada , əvvəllər Mardan Palace kimi tanınan otelin qonaqları üçün turist sezonunu açıq elan edəcək. Açılışdan sonra mehmanxana, Titanic Hotels otellər şəbəkəsinin  yeni sahibinin şərəfinə Titanic Mardan Palace adlanacaq. Əvvəllər otel, iş adamı Telman İsmayılova məxsus olub. Konsertdən sonra festival çərçivəsində yeni Mykonos Beach klubunda müxtəlif mövzulu “party” təşkil olunacaq.

Şirkətdən həmçinin bildiriblər ki, yeniləndirilmiş otel 543 nömrədən ibarətdir və burada basseynə birbaşa çıxışı olan yeni pool dublex suite və premium pool dublex suite otaqları da olacaq. Bundan başqa, qonaqlara spa-prosedurları, bədən və dəriyə qulluq üçün müalicəvi proqramlar xidmət göstərəcək. Uşaqlar üçün də müalicə proqramları və ərazidə Tini Kids Club klubu fəaliyyət göstərəcək.

Xatırladaq ki, Titanic Mardan Palace otelinin açılışı öncədən məlum olduğu imi 2019-cu ilin 25 aprelinə planlaşdırılıb.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...