“HP” “Chromebook 15” adlanan modeli təqdim edib

Date:

Paylaş:

“HP” istehsalçısı “Chrome OS” – “Google” şirkətinin masaüstü əməliyyat sisteminin idarəetməsi ilə işləyən noutbuk nümayiş etdirib. “Chromebook 15” adlanan modelin qiyməti 450 dollar təşkil edir.

15,6 düym diaqonallı sensor ekran 1080p təsvir ölçülü IPS matrisaya və nazik çərçivəyə malikdir. Bundan başqa, kompakt noutbukun korpusu bahalı modellərdə olduğu kimi, alüminiumdan hazırlanıb. Ekranın yuxarı hissəsində geniş baxış bucağına malik kamera quraşdırılıb.

Məlumata görə, “Chromebook 15” modeli iki “Bang&Olufsen” dinamiki, məlumatları 5 Qbit/saniyə sürətində ötürən iki “USB 3.1 Type-C” çıxışı, kənar monitorlar dəstəyi, eləcə də bir “USB 3.1 Type-A” portu ilə təchiz edilib.

Alıcılara qurğu ikinüvəli “Intel Pentium Gold 4417U” və ya səkkizinci nəsil “Intel Core i5” prosessoru ilə olmaqla iki modifikasiyada təklif olunur. 64 giqabayt tutumlu quraşdırılmış yaddaşı “MicroSD” yaddaş kartları ilə genişləndirmək mümkündür.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...