Əsas səhifə Məqalələr Maraqlı “Telman İsmayılov iki sahibkarın qətlini təşkil edib”

“Telman İsmayılov iki sahibkarın qətlini təşkil edib”

926
Paylaş

Moskvada Çərkəz bazarının keçmiş sahibi Telman İsmayılov 2016-cı ildə iki sahibkarın qətlinin təşkilində ittiham olunur.

Bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko deyib.

O qeyd edib ki, istintaq T.İsmayılovu ötən il iş adamları Vladimir Savkinin və Yuri Brılevin qətlinin təşkilatçısı hesab edir.

Qətldə təqsirləndirilən Rafiq İsmayılov və Mehman Kərimov həbs olunub, Telman və Vaqif İsmayılovlar barəsində isə nəzarət altında saxlanılmaqla qiyabi olaraq ehtiyat tədbiri seçilib.

S.Petrenko əlavə edib ki, T.İsmayılovun beynəlxalq axtarışının təşkili üçün müvafiq materiallar RF Baş Prokurorluğuna göndərilib.

 

© Trend