Bizplus.az xəbər verir ki, Telegram messencerinin yaradıcısı Pavel Durov WhatsApp tətbiqindən istifadənin təhlükələrindən bəhs edib.
Qeyd edək ki, bir müddət əvvəl Kütləvi informasiya vasitələrində WhatsApp vasitəsi ilə göndərilən zərərli fayldan istifadə edilərək dünyanın ən varlı adamı, Amazon şirkətinin sahibi Ceff Bezosun telefonunun “sındırıldığı”, şəxsi məlumatlarının ələ keçirildiyi barədə məlumatlar yayılmışdı.
Məşhur Teleqram messencerinin yaradıcısı Durov bildirib ki, smartfonlarını dəyişərkən istifadəçilər məlumatların ehtiyat nüsxələrini şifrlənməmiş bulud yaddaşında buraxırlar.
O, tətbiqlərin hazırlayıcıları tərəfindən qəsdən yaradılan bekdorların ( back door – ing. hərfi tərcüməsi arxa qapı) yazışmaların məxfiliyini qorumaq üçün təhdid mənbəyi ola biləcəyini də söyləyib. Onun sözlərinə görə, tərtibatçılar bu cür tövsiyələrə hüquq mühafizə orqanlarının təzyiqi altında gedə bilərlər. Onların tez-tez gözlənilməz təhdid kimi gizlədildiyini söyləyən ekspert həm də xatırladıb ki, son bir il ərzində WhatsApp-da 12 belə nasazlıq aşkarlanıb.
Bundan əlavə, Durov, WhatsApp-da olduğu kimi gizli mənbə kodu olan tətbiqlərə etibar etməməyi məsləhət görüb.