Əsas səhifə Xəbərlər Digər xəbərlər TripAdvisor rebrendinq edib

TripAdvisor rebrendinq edib

72
Paylaş

Amerikanın Tripadvisor turizm xidməti yeni dizaynını təqdim edib. Bu dizaynı Mother Design studiyası işləyib.

Şirkət adındakı ikinci böyük hərfdən imtina edib və loqotipindəki bayquş şəkli daha sadəsi ilə əvəzlənib.

Yeni rəng palitrası Tripadvisor üçün xarakterik olan TripGreen yaşıl rənginin ətrafında qurulub. Brend yenilənməsinə Colophon Foundry-nin hazırladığı yeni Trip Sans şrifti də daxildir.

Xidmətin ikonaları

Qurumların reytinqinin təsviri

Şirkət bildirib ki, yenilənmə 2020-ci il ərzində mərhələ-mərhələ həyata keçiriləcək. Xidmətin rus versiyası artıq yenilənib.