Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Tətbiqlər yaradıcısı VSCO “Rylo” şirkətini alıb

Tətbiqlər yaradıcısı VSCO “Rylo” şirkətini alıb

64
Paylaş

Şəkil və video redaktəsi ilə məşğul olan tətbiqlər yaradıcısı VSCO Amerikanın “action-camera” istehsalçısı və videoredaktor proqramçısı Rylo-nu alıb. Əməliyyatın məbləği açıqlanmır.

Rylo bildirib ki, razılıqdan sonra kamera istehsalını dayandıracaqlar və bunu əvəzində video redaktəsi üçün proqram təminatının inkişaf etdiriləmsinə diqqətlərini yönəldəcəklər. Müştərilər cihazdan və Rylo tətbiqindən istifadəni davam etdirə biləcəklər. Tətbiqi 2021-ci ilin 31 yanvarına kimi yükləmək mümkün olacaq.

Potensial müştərilər kameranı, qalanları satılmayana kimi Best Buy mağazalarından əldə edə biləcəklər. Rylo həm də zəmanət dəstəyi göstərəcəyinə söz verir.