Süni intellekt alqoritmləri spidqeyt (Speedgate) adlı yeni komanda oyununu yaradıblar

Date:

Paylaş:

“AKQA” Dizayner Agentliyi yeni idman növü icad etmək məqsədilə neyroşəbəkələrin köməyindən istifadə edib. Dörd yüzdən çox fiziki aktivlik tipini təhlil edən süni intellekt alqoritmləri özündə futbol, reqbi və kroket elementlərini birləşdirən spidqeyt (Speedgate) adlı yeni komanda oyununu yaradıblar.

Süni intellekt sistemi təkcə oyunun adı və qaydalarını deyil, eyni zamanda loqotip və devizini hazırlayıb. Kompüterin təqdim etdiyi minə yaxın variantın əksər hissəsi dərhal rədd edilib. Daha uğurlu ideyalar analiz edildikdən, 3 oyun real şəraitdə oynanıldıqdan sonra spidqeyt ən maraqlı oyun kimi seçilib.

Bildirilir ki, spidqeyt oyununda 6 nəfərdən ibarət 2 komanda iştirak edir. Meydançanın hər iki tərəfində torsuz iki qapı, orta xətdə isə daha biri quraşdırılır. Oyunçuların vəzifəsi topu əvvəlcə mərkəz dirəklərinin içindən vurmaqla (onları keçmək qadağandır) onu yan qapılardan keçirməkdən ibarətdir. Uzun müddət eyni yerdə dayanmaq qadağandır: qaydalara görə, top əldə 3 dəqiqədən çox qalmamalıdır.

Spidqeyt ABŞ-da keçirilən “Dizayn həftəsi” çərçivəsində yaradılıb. Buna baxmayaraq süni intellektin icad etdiyi idman növü real oyuna çevrilmək üçün imkanlara malikdir. Belə ki, “AKQA” Oreqon ştatının İdman İdarəsi ilə bu ilin yayında yeni idman növü üzrə universitetdaxili liqanın keçirilməsi ideyasını müzakirə edir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...