Süni ət istehsal edən Impossible Foods şirkəti son maliyyə raundunda təxminən 500 mln. dollar cəlb edib.
Bu barədə TechCrunch yazır.
Vəsait təkcə ABŞ-da deyil, digər ölkələrdə də istehsal şəbəkələrinin genişləndirilməsinə, həmçinin, istehsalın artırılmasına sərf ediləcək.
Qeyd edək ki, raunda “Mirae Asset Global” başçılıq edib. Bundan başqa, “Khosla Ventures”, “Horizons Ventures” və “Temasek” də iştirak ediblər.