Stiv Cobsun avtomobili hərracda 329 500 dollara satılıb

0
877

Apple şirkətini yaradıcısı Stiv Cobsa məxsus olan 2000-ci ilin buraxılışı olan BMW Z8 rodsteri 329 500 dollara satılıb.

Avtomobil RM Sotheby’s hərrac evində satışa çıxarılmışdır. Avtomobillə birlikdə alıcıya Motorola Startac telefonu da satılıb. Bu telefonu da Stiv Cobs işlədib.

Avtomobil ideal vəziyyətdədir və 25 min km yürüşü var. Stiv Cobs bu avtomobili 2000-ci ildə əldə edib.

BMW Z8 4,9 litrlik 400 a.g. və 500 N.m. fırlanma anına malik V8 mühərrikə və 6 pilləli mexanik sürət qutusuna sahibdir.

©autonews.ru