Stiv Cobs – Əgər bu gün həyatımın son günü olsaydı…

0
1034

17 yaşımda ikən belə bir yazı gördüm, hər gününü son gününüzdəymiş kimi yaşayırsansa, bir gün mütləq haqlı çıxacaqsan. Oxuduqdan sonra bu ifadə məndə dərin iz buxarmışdı, özümə sual verdim əgər bu gün həyatımın son günü olsa idi, bu gün etdiklərimi həqiqətən etmək istərdimmi? Cavabım yox idi, bundan sonra həyatımda nələrisə dəyişmək istədiyimi anladım. Anladım ki, bir gün ölə biləcəyimizi xatırlamaq bizə çox şeyi mənasız edir.

Əslində ölüm itirdiklərimizi və ya itirəcəklərimizi anlamağın ən yaxşı üsuludur. Yəni ölümü xatırlayaraq itiridiyimiz hələ də çox şeyin olduğunu görəcəyik. Həyatımızda olan minlərlə duyğu, hiss ölüm qarşısında mənasını itirərək daha əhəmiyyətli olanları bizə təqdim edir.

Təbii ki, kimsə ölmək istəməz. Hətta cənnətə gedəcəyinə yüz faiz əmin olan birisi də ölümü istəməz. Lakin insanların paylaşdığı son proses ölümdür. Dünyada ondan qaça bilən biri olmadı. Amma ölüm bəşəriyyətin ən yaxşı kəşfidir. Çünki köhnləri silərək yenilərə həyat bəxş edir, bizə həyatımızı dəyişdirməkdə kömək edir.  İndi yeni olan bizik, lakin bizdə bir gün köhnəlib yer üzündən silinəcəyik.

Çox dramatik yazdığıım üçün üzrü hesab elə, lakin bunlar həyatın acı həqiqətləridir.

UNUTMA!

Zaman olduqca məhdud bir anlayışdır, onu başqalarının həyatını yaşayaraq boşa xərcləmə.