“Space Adventures” kosmos turizm şirkəti 2021-ci ildə turistləri dünya orbitinə aparacaq səfərlərə start verəcəyini elan edib.
Qeyd edək ki, şirkət tərəfindən artıq yeddi turist üçün səkkiz uçuş təşkil olunub. Bu, şirkətə on milyonlarla dollara başa gəlib.
Turistlər “Crew Dragon” adlı kapsulda səyahət edəcəklər və bu turistik missiya 5 gün çəkəcək.
“SpaceX” də “Space Adventures” şirkəti ilə orbitə dörd nəfər göndərməklə bağlı müqavilə imzalayıb.
“SpaceX” rəhbəri Qvinn Şotvell “Space Adventures” şirkəti ilə əməkdaşlığa dair bunları söyləyib: “Bu tarixi vəzifə onu xəyal edən bütün insanlar üçün kosmos uçuşunu mümkün edəcək. “Space Adventures” komandası ilə bu vəzifəni yerinə yetirməkdən qürur duyuruq”.
“Crew Dragon” kapsulunda kosmosa səyahətin turistlər üçün nəzərdə tutulan məbləği barədə dəqiq məlumat hələlik verilməsə də, qiymətin 62 milyon ABŞ dollarından baha olacağı gözlənilir.