KOBİA “Avro 2020″də sahibkarların fəaliyyətinə dəstək verəcək

Date:

Paylaş:

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) futbol üzrə 2020-ci il Avropa çempionatında sahibkarlara dəstək göstərəcək.

Bunu KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov “Avro 2020: KOB üçün perspektivlər” adlı tədbir zamanı deyib.

O bildirib ki, turnirin keçirildiyi müddətdə turizm sahəsi aktiv fəaliyyət göstərəcək və bununla əlaqədar olaraq kiçik və orta biznesin bu istiqamətdə fəaliyyətini genişləndirmək lazımdır:

“Bizə qonşu Türkiyədən, eləcə də İsveçrə və Uelsdən qonaqlar gələcək. Bütün dünya Türkiyə azarkeşlərini tanyır. Uelslilər də britaniyalı olduqları üçün öz fanatizmləri ilə məşhurdur. Onların sayının çox olacağı gözlənilir. İsveçrə də öz azarkeşləri ilə tanınır”.

O.Məmmədov bildirib ki, sözügedən yarış çərçivəsidə AFFA UEFA ilə birgə fan-zona açacaq. O əlavə edib ki, bu fan-zonalar oyunların keçirilməsindən bir neçə gün əvvəl işə başlayacaqlar və mövsümün sonunadək fəaliyyət göstərəcklər, KOBİA öz növbəsində kiçik və orta biznesin bu istiqamətdə zəruri dəstəyini təmin edəcək:

“Oyunların keçiriləcəyi Bakı Olimpiya Stadionunun özündə kiçik və orta biznes təmsilçilərinin daimi fəaliyyəti üçün bütün şərait yaradılacaq”.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...