Əsas səhifə Biznes Sony 1.9 milyard dollara şirkət satın aldı

Sony 1.9 milyard dollara şirkət satın aldı

276

Yaponiyanın “Sony” korporasiyası Britaniyanın məşhur “EMI Music Publishing” firmasını satın alaraq öz bəlməsinə çevirdiyini açıqlayıb.

İKT.lent.az-ın xəbərinə görə, “EMI Music Publishing” 2 milyon musiqi kompozisiyası, o cümlədən “Quenn” qrupu, Alicia Keys, P!nk kimi müğənnilərin yaradıcılığı üzərində eksklüziv hüquqlara malikdir.

“Sony Corp.” BƏƏ-nin “Mubadala İnvestment” fondu ilə 1,9 milyard dollarlıq anlaşma nəticəsində Britaniya şirkətinin səhmlərinin 90%-nə sahib olacaq. Qalan hissə isə Maykl Ceksonun varislərinə məxsusdur. Bu alışdan sonra “Sony Corp.” pullu musiqi xidmətlərindən əldə etdiyi gəlirləri ciddi şəkildə artıra biləcəyini düşünür. “Bu yatırımlar bizim intellektual mülkiyyət sahəsində mövqelərimizi möhkəmləndirəcək. Biz dünyada musiqi satan ən böyük şirkətlərdən birinə çevriləcəyik”, – deyə korporasiyanın prezidenti Kenyitiro Yosida bildirib.

Cari maliyyə ilində “Sony” öz musiqi biznesindən 112 milyard yen (1 milyard dollara yaxın) gəlir gözləyir. 2020-ci maliyyə ilində isə şirkət bu sahədə gəlirlərini 130 milyard yenə (1,2 milyard dollar) yüksəltməyi planlaşdırır.