Əsas səhifə Biznes sahələri Texnologiya Son onilliyin ən yaxşı qurğularının siyahısı tərtib edilib

Son onilliyin ən yaxşı qurğularının siyahısı tərtib edilib

46
Paylaş

“Time” jurnalı son onilliyin ən əlamətdar qurğularının siyahısını tərtib edib. Reytinq nəşrin saytında dərc olunub.

Reytinqə görə, birinci yeri bu dövr üçün portativ qurğuların inkişafına təkan verən “Apple iPad” planşeti tutub.

İkinci pillədə avtomobil sənayesinin inkişaf trayektoriyasını dəyişən “Tesla Model S” avtomobili qərarlaşıb. Üçüncü mövqedə “Raspberry Pi” mini-kompüteri yer alıb. Sonrakı yerləri “Google Chromcast” rəqəmli mediapleyeri və “DJI Phantom” dronu tutub.

Siyahıya, həmçinin “Amazon Echo” “ağıllı” kolonkası, “Apple Watch” saatı, “Apple AirPods” mediapleyeri, eləcə də “Nintendo Switch” portativ qurğusu daxil olub. Reytinqi “Xbox” oyun qurğusu üçün adaptiv oyun kontrolleri tamamlayıb.