Sloveniya şirkəti hiperkar istehsal etdi

Date:

Paylaş:

Sloveniyanın “Tushek Supercars” şirkəti Böyük Britaniyada keçiriləcək “Salon Privé” sərgisində “TS 900 H Apex” modelini təqdim edəcəyinə söz verib.

Prototip 2012-ci ildən hazırlanır və konveyrə gedib-getməyəcəyi hələ məlum deyil.

Rodster üslubunda olduğu üçün hiperkarın dam örtüyü yoxdur və üç mühərriklə təchiz edilib.

4.2 litr həcmli, kompressorlu V8 mühərriki iki elektrik mühərriki ilə paralel çalışır. Aqreqatlar ümumi 963 at gücündədir. Mühərrik 6 pilləti sekvental sürətlər qutusu ilə təchiz edilib.

“Tushek” yerindən 100 km/saat sürəti 2.5 saniyəyə əldə edir və maksimal sürəti 380 km/saat təşkil edir. Superkar xrom-molibden materialından hazırlanıb. Çəkisi cəmi 1410 kq-dır. Bununla yanaşı, “Brembo” əyləc mexanizmi və “Pirelli Trofeo Series R” şinləri ilə təchiz edilib.

Şirkətin rəhbəri isə 54 yaşlı sloveniyalı yarışçı Aleşa Tuşekdir. O, 2004-cü ilə qədər “Citroen” komandasında çıxış edib. Bildirilir ki, yeni model 7 sentyabr tarixində təqdim ediləcək.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...