Apple şirkəti iPhone batareyalarının fərdi dəyişdirilməsini qadağan edir

Date:

Paylaş:

Apple şirkətinin iPhone modellərinin təmirinə yönəlik siyasəti istifadəçilər tərəfindən dəfələrlə tənqid atəşinə tutulub. Buna baxmayaraq Apple şirkəti istifadəçilərdən iPhone modellərinin təmiri üçün rəsmi Apple servis mərkəzlərinə müraciət etməyi tələb edir. iPhone modellərinin təmiri məsələsində yeni mövzu kimi batareyalar çıxış edib. Belə ki, iPhone batareyasının fərdi şəkildə dəyişdirilməsi heç də xoş olmayan sürprizi verə bilər. Belə ki, məşhur iFixit saytı iPhone modelinin batareyasının fərdi şəkildə dəyişdirilməsi zamanı batareyanın bloklanması problemini aşkar edib.

Bu sayt müxtəlif smartfon modellərinin hissələrə ayrılıb incələnməsi ilə məşhurdur. Bu barədə 4pda saytı xəbər verib. Beləliklə iFixit saytının məlumatına əsasən unikal autentifiksiya açarına sahib Texas Instrumentsadlı yoxlayıcı sistemə sahib olmayan iPhone batareyaları bloklanır. Batareyaları bloklanmış smartfonlarda isə şarj dövrünün sayı, batareyanın maksimal həcmi və onun maksimal performans göstəricisi kimi məlumatlar əks olunmur. Bunun yerinə ayarlardakı batareya bölməsində iPhone modelinin rəsmi Apple xidmət mərkəzində təmir olunmasının lazım olduğu barəsində bildiriş əks olunur.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...