Buglance Gulf Capital SWE Awards 2019-da finala keçid edib

Date:

Paylaş:

Buglance “Startup Business of the Year” kateqoriyası üzrə Gulf Capital SWE Awards 2019 mükafatının finalına qalan startaplar arasında yer alıb. Bu barədə məlumatı Toğrul Səməd açıqlamasında bildirib. Əlavə olaraq şirkətin rəhbəri Toğrul Səməd ilin sahibkarı kateqoriyasında da finala qalmağı bacarıb.

7-ci dəfə keçirilən bu mükafatlandırmada 300-dən çox sahibkar iştirak edir. Əlavə olaraq 16 kateqoriya üzrə 86 şirkət qısa listlərə qalmağı bacarıb və bunlardan biri də yerli startap Buglance-dır. Yekun mərhələdə, 86 şirkət hökumət təşkilatları, böyük regional və qlobal bizneslərin təmsilçilərindən ibarət 30 jüri üzvü tərəfindən dəyərləndiriləcək. Əlavə olaraq mükafatın təminolunma şəffaflığı qlobal məsləhətçi firma Grant Thortontərəfindən yoxlanılır.

Mükafat 2012-ci ildən bu yana MEED və investisiya dəstəkçisi Gulf Capital ilə birgə təşkil edilir və regionun iş adamlarını, sahibkarlarını bir araya toplayır.

“Bölgənin ən güvənilinir biznes zəka təminatçısı olan MEED-in maraq dairəsində olmaqdan qürur duyuruq. Bu bizə əlavə motivasiya verir ki, innovativ işlərimizi davam etdirək və mövcud bazarda fəaliyətimizi genişləndirək” – deyə Toğrul Səməd əlavə edib.

Qeyd edək ki, 16 kateqoriya üzrə qaliblərin adları 15 Sentyabrda Ritz Carlton DIFC-də baş tutacaq qala gecəsində bilinəcək.

Toğrul Səməd
Toğrul Səməd

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...