Skoda şirkəti Superb modelinin son tizerini yayıb

Date:

Paylaş:

Yenilənmiş Skoda Superb modelinin sabahkı təqdimatı öncəsi, çex istehsalçısı bu modelə həsr edilmiş sonuncu tizeri sosial şəbəkələrdə dərc edib. Əvvəl dərc edilmiş tizerlərdə yenilənmiş Superb modelinin əvvəlki kimi sedan və universal kuzovlarında, həmçinin dəbdəbəli Laurint&Klement və Scout yolsuzluq versiyalarında təklif ediləcəyi bildirilmişdi..

Yenilənmiş Superb fərdi şəkildə idarələnən seqmentləri olan LED Matrix fənərləri ilə təchiz ediləcəkdir. Alın şüşəsində quraşdırılmış kameradan alınmış məlumata əsasən fənərlərdəki işıq dəstəsinin konfiqurasiyası qarşıdan gələn hərəkət axını və işıqlandırmadan asılı olaraq avtomatik şəkildə dəyişəcəkdir. Duman əleyhinə fənərlər də işıqdiodlarından olacaqdır.

Arxa fənərlər dinamik dönmə işıqlarına sahib olacaqdır: işıqlanan zolaq daxildən xaricə doğru hərəkət edəcəkdir. Avtomobilin açılıb-bağlanması zamanı onlar müəyyən edilmiş ardıcıllıqla yanıb-sönərək avtomobilin sahibini «salamlayacaqdırlar».

İlkin məlumata görə, Skoda Superb genişləndirilmiş funksionallığa və «hava» ilə yenilənmə funksiyasına malik olan mediakompleksə də sahib olacaqdır. Bundan başqa, yenilənmiş modelin mühərrik çeşidinə 1,4-litrlik turbomühərrikin əsasında yaradılmış hibrid güc qurğusu da daxil ediləcəkdir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...