“Astrobee Bumble” uçan robotunun ilk sınaqları başa çatıb

Date:

Paylaş:

Beynəlxalq Kosmik Stansiyada “Astrobee Bumble” uçan robotunun ilk sınaqları başa çatıb. Stansiyaya avtomatik rejimdə xidmət göstərəcək robot daha təkmil qurğuların yaradılmasına kömək edəcək məlumatlar toplayacaq.

“Bumble” stansiyada işləməsi nəzərdə tutulan robotlardan biridir. “Honey” və “Queen” adlanan digər iki robot astronavtların diqqəti elmi tədqiqatlara yönəltməsi üçün ekipaja kömək edəcək və gündəlik tapşırıqları yerinə yetirəcək. ABŞ Kosmik Agentliyinin (NASA) nümayəndələrinin fikrincə, bu, həmçinin stansiyada insanların sayını azaltmağa imkan verəcək.

“Astrobee” sisteminə robotlarla yanaşı, enerjidoldurma stansiyası daxildir. Agentlik nümayəndələrinin sözlərinə görə, robotlar Beynəlxalq Kosmik Stansiyada çəkisizlik şəraitində sərbəst uça biləcəklər. “NASA” mütəxəssislərinin qənaətinə görə, sistemin sınağı gələcək kosmik uçuşlar üçün təkmilləşdirilmiş yeni avadanlıq və proqramlar hazırlamağa imkan verəcək.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...