Əsas səhifə Biznes SKMF ilk üç ayda 50 mln. manatdan çox güzəştli kredit ayırıb

SKMF ilk üç ayda 50 mln. manatdan çox güzəştli kredit ayırıb

161
Financial planning

Azərbaycan İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2018-ci ilin I rübündə maliyyələşdirilmiş layihələrin bölgüsünü  açıqlayıb.

SKMF-dən “Report”a verilən məlumata görə, SKMF bu il 135 layihəyə 50 mln. 19,2 min manat məbləğində güzəştli kredit ayırıb.

Verilmiş kreditlər hesabına bu il 5145 yeni iş yerlərinin açılacağı gözlənilir.

Kredit, əsasən, müxtəlif sənaye məhsullarının istehsalı və emalı, kənd təsərrüfatı məhsullarının emalı, kənd təsərrüfatı məhsullarının istehsalı, xidmət infrastruktur sahələrinin inkişafı kimi sahələrə ayrılıb.