Yaponiyanın “CRAZY Inc.” şirkəti işçilərinə yuxularını düzgün idarə edəcəyi halda onlara daha çox pul ödəcəyini bildirib.
Bizplus.az Bloomberg-ə istinadla yazır ki, bu barədə şirkət rəhbəri Kazuhiko Moriyama yerli mətbuata açıqlamasında bildirib.
Yeni yaradılan sistemin qaydalarına görə, bir işçi 5 iş günü ərzində 6 saatdan çox yuxu yatarsa, ona maaşından əlavə ödəniş də veriləcək. Ay ərzində davamlı olaraq sağlam yaşam tərzinə diqqət edəcək şəxs ballar sayəsində qazanc əldə edəcək. Bir aya 1 000 bal topalayacaq işçi, 64 min yen (təqribən 64 min ABŞ dolları) qazanacaq.