Benettonun qurucularından biri vəfat edib

Date:

Paylaş:

İtaliyanın Benetton Group şirkətinin təsisçilərindən biri Gilberto Benetton bazar ertəsi günü 77 yaşında vəfat edib. Bu barədə məlumatı Banker.az  ANSA agentliyinə istinadən xəbər verir.

Agentliyin məlumatına görə, sahibkar uzun bir xəstəlikdən sonra vəfat edib. Ölümündən bir neçə gün əvvəl, o, sətəlcəm xəstəliyi səbəbiylə Treviso şəhərində xəstəxanaya qaldırılıb.

Benetton, Benetton ailəsinin nəzərəti altında olan mərkəzli maliyyə şirkəti Edizione, Autogrill iaşə şirkəti ,İtaliyanın yol operatoru Atlantia, investisiya bankı Mediobanca, şin istehsalçısı Pirelli & C. və Allianz sığorta şirkətilərinin vitse-prezidenti idi .

Forbes-in milyarder sıralamasında J. Benetton dünyada 652, İtaliyada isə 12-ci sırada yer tuturdu.

İyul ayında Benettonun qurucularından olan ən kiçik qardaşları Carlo, 74 yaşında vəfat etmişdi.

Benetton ailəsinin dörd uşağı – Lucciano, Juliana, Gilberto və Carlo 1965-ci ildə Benetton Qrupunu geyim satışı üçün qurdular. Eyni ildə İtaliyanın Veneto vilayətində Belluno şəhərində ilk Benetton mağazası açılıb. İtaliya xaricində markanın ilk mağazası 1972-ci ildə Parisdə açılıb.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...