Əsas səhifə Hüquqi məsələlər Şirkətinin rəhbərinə qarşı 300 minlik ittiham

Şirkətinin rəhbərinə qarşı 300 minlik ittiham

25
Paylaş

“Study İn Turkey Azerbaijan” şirkətinin rəhbəri, təhsil məsələləri üzrə ekspert, 32 yaşlı Fuad Hacıyev böyük ölçüdə fırıldaqçılıqda ittiham edilərək cinayət məsuliyyətinə cəlb edilib.

Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

Alınan məlumata görə, adıçəkilən şəxsə qarşı AR Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq), 178.2.4 (külli miqdarda ziyan vurmaqla) maddələri ilə irəli sürülmüş cinayət işində hazırda 10-dan çox epizod mövcuddur. Bunlar əsasən Kanadada məşğulluq, Türkiyə və Ukraynada təhsil ilə əlaqədardır.

Qeyd olunan epizodlar üzrə dəymiş zərərin miqdarı 300 min manat təşkil edir.